Dünya
Xruşşovun nəticəsi məsuliyyətə cəlb edildi
SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun nəticəsi Nina Xruşşova xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Onu 50 min rubla qədər cərimə gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.
Bildirilib ki, Nina Xruşşova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin birinci hissəsi ilə ittiham olunur. Həmin maddə xarici agentlərin Rusiyadakı fəaliyyət qaydalarının pozulmasını nəzərdə tutur. İş üzrə məhkəmə iclasının tarixi hələ təyin edilməyib.
Nina Xruşşova 2026-cı ilin martında Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb. O, 35 ildən çoxdur ABŞ-da yaşayır, politologiya professorudur və uzun müddətdir Rusiya hakimiyyətini tənqid edir.
Liberal-demokrat mövqeyi ilə tanınan Xruşşova 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini pisləyib və Rusiyanın Ukraynaya qarşı müharibəsinə kəskin etiraz edib.
Akqabay
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)
























.jpg)
