Siyasi savaş İspaniyaya sıçradı: Lula və Miley fərqli namizədləri dəstəkləyir
Bizi izləyin

Dünya

Siyasi savaş İspaniyaya sıçradı: Lula və Miley fərqli namizədləri dəstəkləyir

Siyasi savaş İspaniyaya sıçradı: Lula və Miley fərqli namizədləri dəstəkləyir

Braziliya və Argentina liderləri arasında davam edən siyasi gərginlik 29 noyabrda ümumi seçkilər keçirməyə hazırlaşan İspaniyaya da sıçrayıb.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, seçkilərə hazırlaşan ölkədə tərəflər fərqli siyasi düşərgələri dəstəkləyir.

Braziliyanın solçu prezidenti Luiz İnasio Lula da Silva Madriddə İspaniyanın sosialist Baş naziri Pedro Sançeslə görüşərək ona dəstəyini ifadə edib. “Pedro, seçkiləri qazanmağın çox vacibdir”, - deyə Lula bildirib.

Argentinanın sağçı prezidenti Xavyer Miley isə İspaniyaya səfər edərək ifrat sağçı “Vox” partiyasının lideri Santyaqo Abaskal ilə həmrəylik nümayiş etdirib.

İki lider arasındakı gərginlik 2023-cü ildə Lula Argentinada keçirilən prezident seçkilərində Xavyer Mileyin rəqibi Serxio Massanı dəstəklədikdən sonra başlayıb. Sonrakı dövrdə münasibətlər daha da pisləşib. Belə ki, Miley Braziliyada keçirilən seçkilərdə sağçı namizəd Flavio Bolsonaronu dəstəkləyib və Lulanın yenidən seçilməsini hələ də rəsmi şəkildə tanımayıb.

Bolsonaronun seçkilərdə məğlub olduqdan sonra Argentina vasitəsilə ABŞ-a qaçması da iki ölkə lideri arasındakı münasibətləri daha da gərginləşdirib.

İspaniyada keçiriləcək seçkilər isə Avropada ifrat sağın yüksəlişi baxımından mühüm sınaq kimi qiymətləndirilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm