ABŞ
“Nvidia” eks-şeftdən yenə imtina etdi
Amerikanın “Nvidia” şirkətinin direktorlar şurası Censen Huanqı baş direktor vəzifəsinə qaytarmayacaq.
Publika.az xəbər verir ki, bu barədə idarəetmə strukturunun sədri Harvi Cons şirkətin üçüncü rüb üzrə maliyyə hesabatına həsr olunmuş onlayn konfrans zamanı bildirib.
““Nvidia”nın direktorlar şurası onun istefasını yekdilliklə qəbul edib və onu baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil”, – deyə o bildirib.
Noyabrın 16-da “Financial Times” qəzeti mənbələrə istinadən Huangın “Nvidia” rəhbəri vəzifəsinə qayıda biləcəyini yazıb. Nəşrin məlumatına görə, sahibkarın tərəfdarları “Nvidia”nın direktorlar şurasını onu vəzifəsinə bərpa etməyə inandırmaq üçün kampaniyaya başlayıblar.
Noyabrın 12-də Nvidia Huanqın baş direktor vəzifəsindən istefa verdiyini açıqlayıb. Şirkətin maliyyə direktoru Kolet Kress “Nvidia” rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub.
Ayın əvvəlində “Nvidia” Çinin Huanga qarşı ehtimal olunan casusluq əməliyyatı ilə bağlı məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb. Buna ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bildiyi iş qadını Elis Huanqla onun romantik münasibətləri barədə yayılan məlumatlar səbəb olub.
Huang açıq məktubunda “Nvidia” əməkdaşlarına həyat yoldaşına xəyanət etdiyini etiraf edib. O, həmkarlarından, direktorlar şurasından və səhmdarlardan üzr istəyərək onların etimadını bərpa etmək üçün çalışacağına söz verib.
Hüseyn İbadlı
-
ABŞ07:47“Nvidia” eks-şeftdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb
-
Magazin203:13Məşhur aktrisa üçüncü dəfə ana oldu
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi



































.jpg)