Dünya
Tramp onlara elə təyyarədən zəng etdi: Putinlə razılığa gəlin
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini və Vladimir Zelenskini Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə razılığa gəlməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Tramp Avropa liderləri ilə telefon danışığı zamanı onları Moskva ilə birbaşa əlaqə saxlamağa çağırıb.
"Prezident Donald Tramp cümə axşamı bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülh axtarır və onları (avropalıları və Zelenskini - red.) Kremllə razılığa gəlməyə çağırır ki, hazırda Ukraynaya göndərdikləri pulları özlərinə xərcləyə bilsinlər", - deyə nəşr bildirir.
Nəşrin məlumatına görə, Amerika lideri prezident təyyarəsindən xüsusi elçi Stiv Uitkoffla birlikdə Berlində "könüllülər koalisiyası"nın iclasında iştirak edən kürəkəni Cared Kuşnerin mobil telefonuna zəng edib.
Məlumata görə, zəng zamanı Tramp avropalıların öz ölkələrinə deyil, Ukraynaya "milyardlarla" pul xərclədiyini bildirib. Lakin qəzetin məlumatına görə, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk da daxil olmaqla Avropa liderləri Trampın zənginə şübhə ilə yanaşıb və Kiyevə hərbi dəstəyi davam etdirəcəklərinə söz veriblər.
Putin cümə axşamı Çinin Şençjen şəhərində Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini dinləmək üçün avropalıları diplomatik kanallar vasitəsilə Moskvaya dəvət etdiyini açıqladı. O, həmçinin qeyd etdi ki, hərbi əməliyyatların dayandırılmasından sonra Ukraynaya qoşun göndərmək barədə danışmaqla avropalılar əslində sülhə yol verməyəcəklərini bəyan edirlər.
Müəllif: Tural
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi



















.png)

.jpg)












.png)