Dünya
Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edən və iki istirahət günü nəzərdə tutan fərman dərc edib.
Publika.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün, noyabrın 19-da, cümə axşamı Braziliya hökuməti altıgünlük iş həftəsinin başa çatmasını tənzimləyən fərman dərc edib”, – deyə məlumatda bildirilir.
Yeni qaydalara əsasən, iki günlük istirahət sisteminə keçiləcək. Bu qərar həmkarlar ittifaqlarının, deputatların və ictimaiyyətin dəstəklədiyi genişmiqyaslı kampaniyanın nəticəsidir. Dəyişikliklər mərhələli şəkildə tətbiq olunacaq: dekabrın 6-dan etibarən həftəlik iş saatlarının sayı 44-dən 42-yə endiriləcək, 2027-ci ilin dekabrına qədər isə 40 saata çatdırılacaq. Əmək naziri Luis Marinyu xüsusilə vurğulayıb ki, islahatlar əməkhaqlarının azaldılmasına və işçilərə ödənilən mövcud əlavələrin ixtisarına səbəb olmayacaq.
Bu təşəbbüs Braziliyanı Latın Amerikasının qonşu ölkələri fonunda fərqləndirir. Belə ki, regionun bir çox ölkəsində iş həftəsi hələ də 48 saat təşkil edir. 40 saatlıq iş rejiminə keçid indiyədək yalnız Ekvador, Venesuela və Uruqvayda həyata keçirilib.
Hüseyn İbadlı
-
Dünya23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO


















.jpg)













.png)