Tanınmış zərgər 89 yaşında vəfat etdi
Bizi izləyin

Dünya

Tanınmış zərgər 89 yaşında vəfat etdi

Tanınmış zərgər 89 yaşında vəfat etdi

İtaliyanın məşhur zərgərlik brendi “Bulgari”nin dünya miqyasında tanınmasında mühüm rol oynamış Paolo Bulqari 89 yaşında dünyasını dəyişib.

Publika.az “La Repubblica” qəzetinə istinadla xəbər verir ki, mərhumun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.

“Bulgari” brendinin əsası 1894-cü ildə Romada qoyulub. Şirkətin qurucusu Paolonun babası, Yunanıstandan İtaliyaya köçmüş Sotirio Bulqari olub. O, İtaliya paytaxtında ilk zərgərlik mağazasını açaraq ailə biznesinin təməlini qoyub. Sonrakı illərdə ailənin varisləri bu biznesi beynəlxalq səviyyədə tanınan brendə çeviriblər. Ailə üzvləri Paolonu “dövrümüzün böyük zərgəri” adlandırırdılar.

Brend xüsusilə 1960–1970-ci illərdə böyük şöhrət qazanıb. Həmin dövrdə “Bulgari”nin zinət əşyaları kino ulduzları arasında geniş populyarlıq əldə edib.

2011-ci ilədək ailə şirkəti kimi fəaliyyət göstərən “Bulgari” həmin il Fransanın “LVMH” holdinqinin tərkibinə daxil olub. Bununla belə, brend Roma ilə tarixi əlaqələrini qoruyub saxlayır. Belə ki, bu yaxınlarda İmperator Avqust meydanında “Bulgari” brendi altında hotel açılıb. Şirkət, həmçinin həmin ərazidə yerləşən qədim Avqust mavzoleyinin bərpasına maliyyə dəstəyi göstərib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm