Dünya
ABŞ Ukraynaya hərbi yardım etmək planına dəyişiklik etməyib
Ukraynanın sülh sazişinə getməsi yeni hücum
taktikasıdır.
ANS PRESS-in məlumatına görə, bu fikirləri rusiyalı ekspertlər
səsləndirib. Ekspertlər bildirir ki, sülh razılığına baxmayaraq ABŞ
Ukraynaya hərbi yardım etmək planında heç bir dəyişiklik etməyib.
Bu isə rəsmi Kiyevin ölkəsinin şərqindəki separatçı üsyanları heç
də xüsusi status yox, yalnız hərbi yolla yatırmaq istəyinə
işarədir.
Artıq ABŞ ordusunun bir polku bu ilin martında Ukrayna Daxili
İşlər Nazirliyinin 3 polkuna təlim keçmək üçün bu ölkəyə gəlməyə
hazırlaşır. Ruslar hesab edir ki, bu təlimlər yeni veriləcək super
(bahalı) silahların istifadə qaydalarının öyrədilməsi olacaq.
Artıq Ukrayna Müdafiə naziri ABŞ-a lazım olan hərbi texnikanın
siyahısını təqdim edib.
Ukrayna prezidentinin mətbuat-xidməti isə xəbər verdi ki, Petro
Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı
ölkənin şərqində münaqişənin yatırılması üçün təcili tədbirlərin
görülməsinin vacibliyini qeyd edib.
Bundan əlavə Poroşenko “Ukraynaya müdafiə qabiliyyətinin
gücləndirilməsi üçün əlavə vasitələrin verilməsi barədə bundan
əvvəlki bəyənatların” reallaşmasına çağırıb.
Bayden öz növbəsində prezidentə Ukraynanı dəstəkləyəcəkləri barədə
söz verib.
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi




































