Dünya
ABŞ-la İran İŞİD-ə qarşı birləşib
İraq kürd peşmərgələri netflə zəngin Kərkük bölgəsində İŞİD qüvvələrinə qarşı hücuma başlayıblar.
Publika.az xəbər verir ki, əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri də dəstək verir. Məlumata görə, kürd qüvvələri şəhərin cənubundan keçən cəbhə boyunca hücuma keçib.
Bu arada İraq ordusu və şiə silahlıları İŞİD cihadçılarını Tikrit şəhərindən çıxarmağa çalışırlar. Xəbər verilir ki, İŞİD Tikrit üzərinə hücumu dayandırmaq üçün nəzarətində olan Mosuldakı qüvvələrinin bir hissəsini ora göndərib. Tikrit üzərinə hücum edən hökumət qoşunlarına İran da kömək edir.
İraqın müdafiə naziri Xalid əl-Obeidi bu faktı təsdiq edib. O, İraq ordusuna həm ABŞ, həm də İran tərəfindən dəstək verilməsindən məmnun olduğunu bildirib.
-
Nida Xəbər 13:25Baş nazirdən yeni qərar
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi



































