Dünya
Malayziya təyyarəsi qəzaya uğrayıb
Martın 15-də İndoneziyanın iki CT-1B təlim-məşq təyyarəsi bir
neçə gündən sonra Malayziyada başlayacaq “LİMA-2015” beynəlxalq
aviakosmik və hərbi-dəniz texnikası sərgisində nümayişə hazırlıq
zamanı qəzaya uğrayıb.
Təyyarəçilərin taleyi hələlik məlum deyil. Lakin şahidlərin
bildiridiyinə görə, onlar təyyarələri tərk etməyə nail olublar.
Toqquşma altı təyyarədən ibarət “Yupiter” pilotaj qrupunun nümunəvi
çıxışa hazırlığı zamanı baş verib.
Hazırda təlim-məşq uçuşları dayandırılıb, xilasedicilər
təyyarəçilərin və təyyarələrin düşdüyü yerin axtarışını davam
etdirirlər.
“LİMA-2015” sərgisi martın 17-də Malayziyanın Lanqkavi
arxipelağında açılacaq.
-
Digər15:16Polis məktəblini içirdib təcavüz etmək istədi - İlginc cinayətin detalları
-
MDB14:53Putin Babayana heyran oldu
-
ABŞ14:353 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
MDB12:50İran şahının oğlu Odessada peyda oldu - VİDEO
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO


















.jpg)












