Əsədin İŞİD-lə gizli görüşünün detalları açıqlandı
Bizi izləyin

Dünya

Əsədin İŞİD-lə gizli görüşünün detalları açıqlandı

Suriyanın Haseke şəhərində Əsəd rejimi ilə İŞİD terror təşkilatı arasında gizli görüş keçirilib.

Publika.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Əsəd rejiminin İŞİD və PYD ilə görüşdüyünə dair məlumatlarımız var. Rejim və İŞİD, İŞİD və PYD dəfələrlə Azad Suriya Ordusuna qarşı əməkdaşlıq edib. Kobanidə uzun müddət döyüşməsinə baxmayaraq, İŞİD-in Tel-Abyaddan müqavimət göstərmədən geri çəkilməsinə diqqət yetirmək lazımdır. Kimsə Türkiyəni sübutlar olmadan ittiham etməyə cəhd etməsin”, - baş nazir deyib.

Davudoğlu rejimlə İŞİD arasında Hasekedə keçirilən gizli görüşün detalları barədə də məlumat verib: “Azad Suriya ordusu Hələbdə irəliləyərək əhəmiyyətli mövqeləri ələ keçirdi. Rejim bundan sonra İŞİD-lə Hasekedə görüşüb. Rejimin geri çəkildiyi ərazilərdə İŞİD irəlilədi. Bunun əvəzində isə İŞİD Azad Suriya Ordusuna hücum etməyə başladı. Əsas hədəfləri Azzazı ələ keçirərək Türkiyə sərhədindəki Kilisə qədər ərazilərdə nəzarəti təmin etmək, sərhəddə PYD ilə İŞİD-in nəzarət edəcəyi bir xətt yaratmaqdır. Əsəd rejimi də PYD və İŞİD-in əməliyyatlarına havadan dəstək verir”.

Suriya müxalifətinin Azzazda 8-10 kəndi itirdiyini deyən baş nazir Azad Suriya Ordusunun arxadan vurulmaması üçün qüvvələrini şərqə apardığını söyləyib.

“İŞİD-in Tel-Abyadda məğlubiyyətə uğradılması son dərəcə normaldır. Əsədlə üç ildir əməkdaşlıq edən PYD bütünlüklə bu ssenarinin içindədir”, - Davudoğlu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm