Ekologiya
Ölümlər 5 dəfə artacaq, 2080-ci ilə qədər 20 dövlətdə… - Alimlərdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
2080-ci ilə qədər tropik və subtropik regionlarda yüksək tempuraturın qurbanlarının sayı beş dəfə artacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Avstraliyadan olan alimlər bildiriblər.
Tədqiqatçıların fikrincə, Avstraliyanın özündə istidən ölüm faizi 471 faiz artacaq. Ölənlərin sayı Hindistan, Yunanıstan, Yaponiya və Kanadada da əhəmiyyətli dərəcədə çoxalacaq.
İqlimşünaslar proqnozlaşdırırlar ki, uzunmüddətli qeyri-adi iqlim dəyişikliyi müddətində yüksək temperaturlar daha sıx və daha sərt olacaq. Vəziyyət yanğınlar və quraqlıqlarla daha da ağırlaşacaq.
Ümumilikdə, tədqiqatçılar istiylə bağlı ölümlərin sayının qiymətləndirilməsi üçün model hazırlayıblar. Model 20 dövlət və 2031-2080-ci illər üçün nəzərdə tutulub. Modelin hazırlanması zamanı atmosferə buraxılan parnik qazlarının miqdarı, əhalinin sıxlığı və istinin nəticələrinin yumşaldılması üzrə müxtəlif strategiyaların sayı nəzərə alınıb. Bütün dünyada iqlimin istiləşməsi və qeyri-adi yüksək temperaturlardan milyonlarla insanın səhhətində problemlərin yaranması tədqiqat üçün fakt rolunu oynayıb.
Mütəxəssislər bildirirlər ki, Paris İqlim Razılaşmasının şərtlərini yerinə yetirmək çox vacibdir. Razılaşma 2050-ci ilə qədər atmosferə buraxılan parnik qazlarının həcminin azaldılmasını nəzərdə tutur.
Ömər
-
İdman21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin121:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq / FOTO
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı





































