Ekologiya
Nazirliyin depertament direktorundan əhaliyə vacib ÇAĞIRIŞ - FOTO
Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Fikirləşmirlər ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv olur.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.
“Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar Nazirliklərinin əməkdaşları, FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur.
Biz artıq yanğını çərçivəyə almışıq və ümid edirik ki, yaxın zamanlarda yanğının söndürülməsinə nail olacağıq. Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Baş vermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.
Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər".
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

