Ekologiya
Beynəlxalq təşkilatdan DƏHŞƏTLİ PROQNOZ - Yaxın 5 ildə... - - VİDEO
Video əlavə olunub.
xxx
Qlobal orta temperatur növbəti beş ildə 1850-1900-cü illərdən əvvəlki sənaye səviyyəsindən ən az bir dərəcə yüksək olacaq və bir ildə bu göstərici 1,5 dərəcəni keçə bilər.
Publika.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssisləri bu barədə iqlim dəyişikliyi proqnozunda məlumat verib.
Qurumun Baş katibi Petteri Taalasın dediyinə görə, planetdəki orta illik temperatur sənaye dövründən əvvəlki dövrlə müqayisədə 1 dərəcədən çoxdur və son beş il ən isti dövr olub:
“İqlim Dəyişikliyi üzrə Paris Sazişinin məqsədlərinə çatmaq üçün qarşıda çətin vəzifələrimiz var. İnsanlar qlobal temperaturun artımını iki dərəcədən aşağı saxlamalı və istiliyin artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmağa davam etməlidirlər”.
İqlim proqnozunda koronavirus epidemiyası nəticəsində istixana qazı və aerozol tullantılarının həcmində dəyişikliyin nəzərə alınmadığı qeyd olunur. ÜMT-nin baş katibi qeyd edib ki, dünyada pandemiya və məhdudiyyətlər səbəbindən sənayedə, iqtisadiyyatda baş verən tənəzzül bu sahədə davamlı, uyğunlaşmış təsirləri aradan qaldıra bilməz.
“Atmosferdə CO2-nin çox olması səbəbindən mütəxəssislər bu il tullantıların azaldılmasının nəticələrinin havada konsentrasiyasının azalmasına səbəb olmayacağını gözləyirlər” Taalas əlavə edib.
O, pandemiyanın iqtisadiyyata mənfi təsir göstərməsinə baxmayaraq, ölkələrin fürsətdən istifadə etməli və iqlim tədbirlərini öz proqramlarına daxil etməli olduqlarını söyləyib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)