Ekologiya
Restoranda 6 vəhşi heyvan saxlayanı nazirlik CƏZALANDIRDI
Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzində vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Publika.az-a bildirib ki, həmin istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanılmasına görə akt tərtib olunub. Vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.
Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
