Ekologiya
Yasamalda gölün ətrafında abadlıq işləri aparılır
"Yasamalda gölün ətrafında abadlaşdırma işini biz yox, İcra Hakimiyyəti aparıb. Bir daha bildirirəm ki, Bakının Yasamal rayonunda “Tri Korona” kimi tanınan binaların yaxınlığında, gölün ətrafında heç bir tikinti işi aparılmır".
Publika.az xəbər verir ki, bunu ərazinin məxsus olduğu "Lake Residace" şirkətinin direktoru Çingiz Məhərrəmov APA-ya açıqlamasında deyib.
Ç. Məhərrəmov qeyd edib ki, son vaxtlar ərazi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb".
Şirkət rəhbəri vurğulayıb ki, mediada ərazi ilə bağlı yayılmış fotoşəkillər köhnədir: " Biz bununla bağlı araşdırma aparmışıq. Hansısa marağı olan şəxslər həm dövlət qurumlarına, həm də mediaya yalan məlumat verərək, guya ərazidə sahibkar tərəfindən tikinti aparıldığını qeyd ediblər. Halbuki belə tikintindən söhbət gedə bilməz. Bir daha media qurumlarından yalan məlumatlara inanmamağı, köhnə şəkilləri yaymamağı xahiş edirik".
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu

































.jpg)

