Ekologiya
“Təmiz sahil, təmiz Xəzər” aksiyası keçirildi - FOTO
“Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.
Publika.az-ın məlumatına görə, Buzovna qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat və Dövlət Turizm Agentliklərinin nümayəndələri və könüllülər iştirak edib.
Aksiya zamanı 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)