Ekologiya
Ekologiya bizdən başlayır - FOTO/VİDEO
"Rəqəmsal İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekologiya bizdən başlayır” adlı layihəsinə yekun vurub.
İctimai Birliyin sədri Könül Ağayevanın verdiyi məlumata görə, layihənin məqsədi plastik və polietilen qablaşdırmanın azaldılması, onlardan istifadənin minimuma endirilməsinə nail olmaqdır.
"Bizim atdığımız hər bir addım bizi əhatə edən dünyaya təsir edir. Bu gün planetimizin üzləşdiyi təhlükə bizim gündəlik atdığımız tullantıların nəticəsində yaranıb. Ana təbiətimiz təhlükə qarşısındadır. Biz ekologi fəlakətlərin bir addımlığındayıq. Bununla mübarizənin əsas yollarından biri plastik qabların istifadəsindən təmamilə imtina etməkdir. Bu qlobal problemə dəstək üçün bir qrup gənclərlə birlikdə “Ekologiya bizdən başlayır” adlı kampaniya apardıq. Axı ətraf mühiti çirkləndirən əsas faktorlardan biri plastik qablardır. Bildiyimiz kimi plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bu səbəblə Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə bir qrup gənclərlə birlikdə geniş kampaniya həyata keçirdik. Məqsəd vətəndaşaları, gəcnləri plastik qablaşmaların istifadə olunmasına imtina etməyə çağırmaq idi".
K.Ağayeva qeyd edib ki, layihə dövründə “Ekologiya bizdən başlayır” adlı məlumatlandırma və təlimat xarakterli video çarx hazırlanıb: "Plastik tullantıların və polietilen torbaların qablaşdırılmasının məhdudlaşdırılması və istifadəsinin minimuma azaldılması məqsədilə video rolik hazırlandı. Video rolikdə marketlərdən bazarlıq edən alıcıların əksəriyyətinin plastik torbalardan istifadəyə üstünlük verdiyi görünür. Sonrakı süjet xətlərimizdə insanlar tərəfindən küçələrə atılan polietilen kağızlar, plastik tullantılar rol aldı. Əgər biz vaxtında marketlərdə plastik qablaşmaya üstünlük verməsəydik, ərzaqları polietilen torbalara yox, EKO çantalara yığıb istifadə etsəydik, təbiətə hər hansı bir plastik və polietilen tullantı atmasaydıq, təbiəti qorumuş olardıq".
K.Ağayevanın sözlərinə görə, kayihə çərçivəsində hazırlanmış posterlər Sumqayıt şəhəri və Novxanı çimərliyində müvafiq yerlərdən asılıb.
"Posterdə plastik tullantıların və polietilen torbaların təbiətə vurduğu ziyanlar öz əksini tapıb. Sumqayıt şəhərində yerləşən plastik tullantılar üçün nəzərdə tutulan iri həcimli konteynerlərdən 4-də təlimat lövhəcikləri yerləşdirildi. Bu konteynerlərin yanında yerləşdirilən lövhəcikdə qeyd olunan məlumatlar plastik qabların istifadəsinin zərəri və tullantılarının idarə olunması qaydası haqqında məlumat öz əksini tapıb. Lövhəciklərdə "Qutuya atmağı unutma!", "Birlikdə təkrar emal qəhrəmanı olaq" şüarları qeyd olunub. Ümid edirik ki, bu çağırışımıza qoşulan vətəndaşların sayı artacaq".
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi