Ekologiya
Bu şəxslərə cərimə tətbiq olunacaq - Nazirlikdən XƏBƏRDARLIQ
"Şaqay" su kanalında yerləşdirilən və müxtəlif növ balıqların nəslinin kəsilməsinə səbəb olan torlar haqqında yayılan məlumatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı"nda aydınlıq gətirib.
Publika.az xəbər verir ki, Hikmət Əlizadənin sözlərinə görə, "Şaqay" adlandırılan kanalın rəsmi adı Baş Mil-Muğan kollektorudur və bu, Mil-Muğan düzündən çəkilən kollektor-drenaj sistemidir: "1984-cü ildə tikilib istifadəyə verilib. Kollektorun əsas məqsədi drenaj sularının Xəzər dənizinə çatdırılmasından ibarətdir. Bu kollektor çoxsulu sahədir, aktiv suvarma dövründə həmin sular çoxalır və oradan dənizə axıdılır, bəzi balıqlar da kürütökmə dövründə buradan istifadə edir. Eyni zamanda, bura şirinsulu olduğu üçün ərazidə balıq çox olur. Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarına əsasən, balıq ovu qaydaları təsdiq edilib. Buna əsasən, kollektorlarda yalnız sənaye balıq ovunun aparılmasına icazə verilir".
Nazirlik rəsmisi bildirib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən "Şaqay" adlandırılan ərazidə "Azerbaijan Fish Farm" MMC-yə və üç fiziki şəxsə sənaye balıq ovunun aparılması üçün rəsmi qaydada icazə verilib:
"Ancaq təəssüf ki, keçici balıqların say və növ müxtəlifliyinin çox olması səbəbindən həmin ərazilərdə qanunsuz balıq ovu etmək istəyənlərə rast gəlinir. İcazələr məhdud sayda verilir və onlar limitə uyğun hərəkət etməlidirlər. Bu baxımdan brakonyerlər həmin sahələrə daha çox meyl edirlər k, icazəsi olmayan sahələrdə tor qurub balıqları qanunsuz ovlasınlar. Bununla əlaqədar biz diqqət mərkəzində olan bir çox ərazilərdə mütəmadi tədbirlər həyata keçiririk, hətta belə tədbirlərdən biri bir neçə gün əvvəl Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birgə keçirilib ki, oradan xeyli sayda qanunsuz balıq ovu alətləri aşkarlanıb. Ərazi nəzarətdə saxlanılır. Müəyyən şəxslərin burada əlinin olması ilə bağlı da araşdırma gedir".
Akqabay
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO













.jpg)






















.jpg)


