Ekologiya
Sumqayıtda kifayət qədər çatışmazlıq mövcuddur - Nazirlik
"Dəymiş ziyan mövcud qanunvericiliyə uyğun olaraq hesablanır. Ötən il ətraf mühitə dəymiş ziyanla bağlı 4,5 milyon manat həcmində iddia qaldırılıb. Qeyd edilən məbləğdən 3,1 milyon manatdan artıq vəsait ödənilib".
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı"nda deyib.
H.Əlizadənin sözlərinə görə, bəzi işlər olur ki, iddialar qaldırılır və bunlar məhkəmələrə, icra şöbələrinə göndərilir: "Məsələyə baxılması və məhkəmənin qərar çıxarması ilə bağlı da müəyyən müddət tələb olunur".
Nazirlik rəsmisi Sumqayıt şəhərinin məişət tullantıları poliqonunun dəfələrlə cərimələndiyini də qeyd edib. Bildirib ki, hazırda orada yeni məişət tullantıları poliqonunun tikilib istifadəyə verilməsi istiqamətində işlər gedir:
"Sumqayıt məişət tullantıları poliqonunda kifayət qədər çatışmazlıq mövcuddur. Bu çatışmazlığı yaradan həmin şəxsləri, əraziyə cavabdeh olanları cərimələmək və məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Biz də hər şeyin yaxşı olmasını arzulayırıq. Çünki Sumqayıt əhəmiyyətli və böyük istehsalat şəhəridir. İnanırıq ki, tezliklə problemlər aradan qaldırılacaq və orada işlər bitəcək".
Akqabay
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

