Ekologiya
Alimlərdən QORXULU AÇIQLAMA: Okeanlar ozon qatını məhv edəcək
Dünya okeanları xlorofluorokarbonlar daxil olmaqla nəhəng qaz anbarıdır. Onlar ozon qatını tükətmək xüsusiyyətinə malikdirlər.
Publika.az "Phys.org"a istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun alimləri belə qənaətə gəlib.
Okeanlar indi ozonu dağıdan kimyəvi maddələri mənimsəyirlər, lakin 2075-ci ilə qədər əksinə, onları atmosferə atmağa başlayacaqlar.
Söhbət əsasən CFC-11 olaraq bilinən xlorofluorokarbon növündən gedir. Bu kimyəvi maddə soyuducu və izolyasiya köpükləri istehsalında istifadə edilir. “Montreal Protokolu”na uyğun olaraq 2010-cu ildən bəri CFC-11-in istehsalı və istifadəsi ləğv edilib.
Alimlər 2130-cu ilə qədər okeanların bütün planetin iqlim vəziyyətinə təsir göstərə biləcək miqdarda qaz buraxacağını düşünürlər. Eyni zamanda, qlobal istiləşmə sürəti bu proseslərin başlanğıcını 10 il yaxınlaşdıra bilər.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz






.jpg)




























