Ekologiya
Almaniyadakı siyasi partiyalara “Cronimet” şirkəti ilə bağlı müraciət edildi
Almaniyadaki Azərbaycan Evləri ölkəmizin ərazisindən keçən və Araz şayına tökülən Oxuçuçaya qarşı Ermənistan və Almaniya şirkətlərinin törətdikləri ekoloji cinayətlə bağlı bu ölkənin dövlət qurumlarına və ictimaiyyətinə müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Almaniyanın “Cronimet” şirkətinin baş ofisinə, “Yaşıllar Partiyası”na, “Greenpeace” və ətraf mühitin mühafizəsi üzrə digər beynəlxalq təşkilatlara, müvafiq dövlət qurumlarına ünvanlanan etiraz xarakterli bəyanatlarda dəhşətli fəlakət bütün təfərrüatı ilə təsvir edilib.
Səhmlərinin əsas hissəsinin Almaniyanın “Chronimet” şirkətinə məxsus olduğu Ermənistan Molibden kombinatının təmizləmə işləri aparılmadan, zəhərli tullantılarını birbaşa Oxuçuçaya buraxdığı, ekoloji standartlara riayət edilmədiyi və Azərbaycanın ətraf mühitinə misli görünməmiş zərbə vurulduğu nəzərə çatdırılıb.
Bəyanatlarda “Cronimet” şirkətindən və digər müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan bu ekoloji cinayətə biganə qalmamaq və fəlakətin qarşısını almaq məqsədi ilə dərhal lazımi tədbirlər görmək tələb edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)