Ekologiya
Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq - Bu günün HAVASI
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 26-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda gecə 26-28° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Səhər saatlarında dağlarda duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 25-30° isti olacaq.
-
MDB08:12"Qiyamət radiosu"ndan yeni sirli mesaj - Bu dəfə elə bir vaxta təsadüf etdi ki...
-
MDB07:35Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək



































.jpg)



