Ekologiya
Kəskin istiləşmə ilə bağlı XƏBƏRDARLIQ: Bu xəstəliyə tutulma halları artır…
“Azərbaycanda və regiondan baş verən iqlim anomaliyasının və kəskin istiləşmənin əsas səbəbi Yer kürəsi oxunun öz istiqamətini dəyişməsi ilə əlaqədardır”.
Bunu Publika.az-a açıqlayan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bu dəyişmənin əvvəl Kanada ərazisində baş verdiyini söylədi:
“İndi isə Rusiya ərazisinə, əsasən də Sibirə doğru çəkilib. Nəticədə həm Rusiya, həm də Azərbaycan Günəşə daha da yaxınlaşıb. Bundan isə daha çox əhali ziyan çəkə və onların sağlamlığına ciddi zərər dəyə bilər. Həm bunu, həm də son dövrlərdə Günəşdə baş verən partlayışları və maqnit dalğalarının sayını nəzərə alaraq, əhaliyə günorta saatlarında günəş altında az dayanmalarını və diqqətli olmalarını tövsiyə edirəm. Çünki, günəş xəstəliyinə tutulma halları daha da artır”.
Onun sözlərinə görə, Yer kürəsi oxunun öz istiqamətini dəyişməsi ekologiyaya və təbiətə ciddi ziyan vura bilər:
“İlk növbədə ölkədə quraqlıq və səhralaşma baş verə bilər. Su qıtlığı, ardınca da ərzaq qıtlığı yarana bilər. Ancaq payız fəslində hava şəraiti yavaş-yavaş dəyişəcək. İsti hava şəraiti sentyabr ayında və payızın yarısına qədər davam edəcəcək”.
Rövşən Ziya
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






