Ekologiya
Süni intellekdən şok proqnoz: İstanbulda zəlzələlər...
Süni intellektlə artıq zəlzələləri tam bir ay əvvəldən təxmin etmək mümkündür.
Publika.az xəbər verir ki, türkiyəli tədqiqatçı Cemil Emre Yavaş və Corciya Cənubi Universitetindən olan komandası süni intellekt alqoritmləri ilə İstanbulda zəlzələləri 91 faiz dəqiqliklə proqnozlaşdıra bilib.
Alimlər ABŞ-ın Los-Anceles bölgəsində yüksək dəqiqlikli proqnozlaşdırma modeli hazırlamaq üçün müxtəlif süni intellekt alqoritmlərini sınayıblar. Əvvəlki araşdırmalarda ABŞ-ın Los-Anceles şəhəri üçün 69 faiz dəqiqlik əldə edən mütəxəssislər Şimali Anadolu Fayına (KAF) yaxın olması səbəbindən seysmik aktivliyin sıx olduğu İstanbula diqqət yetiriblər.

Tədqiqatda zəlzələnin gücünə təsir edə biləcək müxtəlif faktorlar nəzərə alınaraq məlumat toplusu yaradılıb. Zəlzələ tezliyi, bölgənin yeraltı quruluşu və keçmişdəki ən böyük zəlzələnin gücü kimi parametrlər təhlil edilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) fəlakət riskinin azaldılması platforması “Prevention Web”də də dərc edilən araşdırma elm aləmində böyük təsirə səbəb olub. Mütəxəssislər tarixdə görünməmiş dəqiqlik dərəcəsinə çatan alqoritmin süni intellektlə təbii fəlakətlərə qarşı ehtiyat tədbirlərinin alınmasında bir irəliləyiş olacağını bildirirlər.
Aysel Şahmar
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı













.jpg)









.webp)
.jpg)












