Ekologiya
COP29 iştirakçılarının akkreditasiya kartlarının verilməsinə başlanılır
28 oktyabr tarixindən etibarən Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndələrin və digər qonaqların akkreditasiya kartlarının verilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, tədbir günlərində konfransda iştirakı təsdiqləyən sənədin təqdim olunması zamanı növbələrin və gözləmə vaxtının minimuma endirilməsi, eləcə də iştirakçıların rahatlığının təmin edilməsi məqsədilə akkreditasiya kartları hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər konfrans məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil alına bilər.
İştirakçılardan COP29 konfransına qeydiyyatdan keçdiklərini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi elektron məktubunun çap edilmiş nüsxəsini və qeydiyyat zamanı təqdim edilmiş fotoşəkilli şəxsiyyət sənədinin – pasportun və ya şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri tələb olunur.
Təhlükəsizlik məqsədilə akkreditasiya kartı yalnız konfrans iştirakçısı tərəfindən şəxsən, qeydiyyat masasından təhvil alınmalıdır.
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı















.jpg)







.webp)
.jpg)












