Ekologiya
COP29 çərçivəsində FHN-in moderatorluğu ilə tədbir keçirildi - Foto
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində noyabr ayının 18-də Azərbaycan Pavilyonunda Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən bəhs edib.
Sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi



































