Ekologiya
Xəzərin sahilyanı ərazilərinin dayanıqlığı COP29-da müzakirə olundu
"İqlim dəyişikliyinin təsirləri altında Xəzər dənizinin sahilyanı ərazilərinin dayanıqlığının gücləndirilməsi və biomüxtəlifliyin qorunması" mövzusunda Xəzəryanı ölkələrin müvafiq ekspertləri, beynəlxalq təşkilatlar, BMT agentlikləri və elmi tədqiqatçıların iştirakı ilə toplantı keçirilib.
Publika.az xəbər verir ki, tədbirin məqsədi Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirlərinin aradan qaldırılması üzrə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Tərəflər Xəzər dənizinin biomüxtəlifliyinin qorunması məsələsini, iqlim tənzimlənməsi və iqtisadi fəaliyyətlərdə, o cümlədən balıqçılıq, nəqliyyat və enerji istehsalı sahələrində oynadığı mühüm rolu vurğulayıb.
Ekspertlər bundan sonra Xəzərin ekoloji problemlərinin həlli və davamlı idarəetmənin təmin edilməsi məqsədilə əməkdaşlıq üzrə təkliflər irəli sürüb.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi




































