Ekologiya
Ölkələr planetin gözəlliyini məhv etməməlidir - Kapilaşrami
"İqlim dəyişikliyi turizm sektorunu ciddi şəkildə təhdid edir və bu səbəbdən turizmin iqlim gündəliklərinə inteqrasiyasını təmin edən yeni siyasətlərin qəbulu zəruridir".
Publika.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Əməliyyatların Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami COP29 çərçivəsində keçirilən “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə bildirib.
O qeyd edib ki, turizm bizi yalnız mədəniyyətlər və icmalarla deyil, onların yerləşdiyi təbii ekosistemlərlə də bağlayır, insanlıq və planetimizə qarşı empatiya və sevgi yaradır:
"İqlim dəyişikliyi bu sektora ciddi təhdidlər yaradır. Gözəl sahillərdən kiçik ada dövlətlərinə, qədim küçələrdən mədəniyyət paytaxtlarına qədər milyonlarla insanın dolanışığı təhlükə altındadır. Qlazqo bizə Turizmdə İqlim Fəaliyyəti haqqında ilk Bəyannaməni təqdim etdi. İndi isə Bakıda təqdim olunan yeni bəyannamə sektorun iqlim məqsədlərinə uyğunlaşdırılması üzrə kollektiv səylərimizin miqyas və ambisiyalarını göstərir. Ölkələr yeni və innovativ yollar tapmalı, həm də planetin gözəlliyini məhv etməməlidir. Azərbaycan hökumətinin liderliyini, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığını və UNEP-in dəstəyini yüksək qiymətləndirirəm. Bu təşəbbüslər dayanıqlı resurslardan istifadəyə, davamlı mobilliyə və tullantıların səmərəli idarə edilməsinə yönəlmiş innovativ transformasiya üçün mühüm addımdır”.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi



































