Ekologiya
Xəzərin səviyyəsi bu tarixdən yüksəlməyə başlayacaq - Proqnoz
Aparılan araşdırmalar göstərir ki, XXI əsrin birinci yarısınadək Xəzər dənizinin səviyyəsinin enməsi davam edəcək. 2050-ci ildən sonra isə atmosferdə qərb proseslərinin təkrarlanmasının artması ilə dənizin səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə Azərtac-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev məlumat verib. O, qeyd edib ki, tədqiqatlarda ölkə ərazisində təhlükəli təbiət hadisələrinin sayı artdığı, Xəzər dənizinin səviyyəsinin isə aşağı düşdüyü müəyyən edilib. Qərb proseslərinin üstünlük təşkil etdiyi dövrlərdə isə Xəzər hövzəsinin şimal hissəsində, əsasən də Volqa çayı hövzəsində yağıntıların miqdarı normadan artıq olur, çay axımlarının həcmi artır və dənizin səviyyəsi yüksəlməyə başlayır.
Tədqiqatların nəticələrinə görə, Günəş fəallığının güclənməsi şimal-cənub istiqamətində proseslərinin intensivləşməsinə, zəifləməsi isə qərb-şərq istiqamətində proseslərinin güclənməsinə səbəb olur.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR















.jpg)
























