Ekologiya
Bu gün intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fevralın 14-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq



























.jpg)




.jpg)




