Ekologiya
Ən böyük körfəzlərdən birində müəmma: Su qan qırmızıya çevrildi - FOTO
Kamçatkadakı Avaça körfəzinin suları qan qırmızı rəngə bürünüb.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlər bunu planetin ən böyük körfəzlərindən birində qeyri-adi hadisənin baş verməsi kimi elan edib.
Mütəxəssislər qeyd ediblər ki, aprelin 12-dən buxtanın şimal-şərq hissəsində suyun rəngində dəyişiklik müşahidə olunub - o, qırmızıya çevrilib. Hidrobiologiya laboratoriyasının əməkdaşları körfəzin niyə belə rəng aldığını öyrənmək üçün nümunələr götürüblər.
Məlum olub ki, suyun qırmızı rəngini kirpikli Mesodinium rubrum verib - onun səthdəki konsentrasiyası 1 litrdə 452 min vahidə çatıb. Bu mikroorqanizmlərin özləri zəhərli deyil, lakin onların kütləvi şəkildə yayılması təhlükəli ola bilər. Daha böyük yosunlar və digər plankton orqanizmlər onunla qidalanır, buna görə də suyun çiçəklənməsi geniş miqyaslı olmaq riski daşıyır. Risk faktorlarına temperaturun yüksəlməsi və antropogen yüklər daxildir.
Adəm
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA













.jpg)
.jpg)

.jpg)

















.jpg)




