Ekologiya
Günəşdə yeni TAC DƏLİYİ - Planetimiz nələrə məruz qalacaq?
Günəşdə planetimizdə kiçik geomaqnit pozuntularına səbəb ola biləcək yeni bir tac dəliyi kəşf edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
Mütəxəssislər qeyd ediblər ki, bu formalaşma qeyri-adi konfiqurasiyaya malikdir və artıq geomaqnit şəraitinə qismən təsir göstərib. Ötən həftənin sonunda bu fenomen Yerin maqnit sahəsində qısamüddətli dalğalanmalara səbəb olub.
Gözlənilir ki, 17 və 18 dekabr tarixlərində planetimiz bu tac dəlikdən çıxan həyəcanlı günəş küləyinin ikinci dalğasının təsirinə məruz qalacaq. Təsirin detalları hələ dəqiqləşdirilir, lakin mütəxəssislər hadisələrin ən ehtimal olunan inkişafı kimi G1 səviyyəli zəif maqnit fırtınasını göstərirlər.
Aalimlər ümumilikdə Günəş aktivliyi baxımından nisbətən sakit bir həftə proqnozlaşdırırlar. Əsas astronomik hadisə 19 dekabrda baş verməsi planlaşdırılan ulduzlararası obyekt 3I/ATLAS-ın Yerə daha da yaxınlaşması olacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!













.webp)

.jpg)






















