Elm və təhsil
Kolleclərə qəbul olacaq abituriyentlər bunları bilməlidir
Dövlət İmtahan Mərkəzi 9 və 11 illik bazadan kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Publika.az xəbər verir ki, DİM-dən verilən
məlumatda 11 illik bazada kolleclərin müsabiqəsinə qəbul
(buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və
Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən
az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq
edilmir) abituriyentlər buraxıldığı bildirilib.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı
25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az
olmayan abituriyentlər buraxılır. Bu ixtisasları yalnız imtahanda
topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və
müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından
"məqbul" alan abituriyentlər seçə bilərlər.
11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19
avqust tarixlərində həyata keçiriləcək.
9 illik bazada kolleclərin müsabiqəsinə qəbul (buraxılış)
imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı
20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan
abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda
topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini (fənlər
üzrə bal məhdudiyyəti tətbiq olunmur) ödəyən və müvafiq komissiya
tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan
abituriyentlər seçə bilərlər.
9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul –
6 avqust tarixlərində həyata keçiriləcək.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi









.jpg)









.jpg)





















