Elm və təhsil
Əcnəbi tələbələr BSU-dan uzaqlaşdırlır? - İNANILMAZ HADİSƏ
Redaksiyamıza Bakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan rusiyalı tələbə Aysel İsmayılovanın şikayəti daxil olub.
O bildirib ki, bakalavr təhsilini də BSU-da alıb. Rusiya vətəndaşı olduğundan Azərbaycanda yaşamaq üçün 5 illik icazəsi var. 2016-cı ildə imtahansız şəkildə BSU-nun magistr pilləsinə qəbul edilib. Birbaşa universitet tərəfindən dəvət olunduğunu deyən xanım, imtahansız təhsilə başladığını qeyd edir. Fevral ayının 8-i isə universitet rəhbərliyi onu çağırıb və təhsildən uzaqlaşdırılacağını bildirib. Səbəb olaraq göstərilib ki, 2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərar göstərilib. Həmin qərara əsasən, ölkədə 5 illik icazə ilə yaşayan əcnəbilər magistr pilləsinə imtahan verərək qəbul olunmalıdırlar.
A.İsmayılova sual edir ki, bu qərar 2015-ci ildə verilibsə, onları 2016-cı ildə magistr pilləsinə niyə qəbul ediblər? O qeyd edib ki, məhz bu məsələyə görə universitetdə dekan vəzifəsində çalışan Lamiyə Quliyeva vəzifəsindən azad olunub. Universitet rəhbərliyi ona məsləhət görüb ki, Təhsil Nazirliyi ilə əlaqə saxlasın. Nazirliyə vəkili ilə getdiyini deyən A.İsmayılovaya bildiriblər ki, bu məsələnin istisna hal kimi dəyərləndirilməsi mümkün deyil.
Məsələyə aydınlıq gətirmək üçün BSU ilə əlaqə saxladıq. Ali təhsil ocağının Əcnəbi Tələbələrlə İş üzrə Şöbəsinin rəhbəri Ülviyyə Məmmədova Publika.az-a bildirdi ki, hazırda universitet daxilində bu məsələ ilə bağlı ciddi araşdırma başladılıb, mövcud vəziyyətin həllinə çalışılır:
“Təəssüf ki, universitetimizdə təhsil alan bir neçə əcnəbi tələbə ilə bağlı belə bir problem var. Bu dəqiqə problemin həlli üçün çalışırıq. Universitet daxilində ciddi araşdırma başaldılıb. Ötən ilin ikinci rübündə məhz bu məsələ ilə bağlı Lamiyə Quliyeva dekan vəzifəsindən azad edilib. Ona görə, sizə bəzi məlumatları deyə bilmirəm. Aysel xanımın vəkili birbaşa bizə müraciət edib. Bu məsələdə, bəli, universitetimizin də öz günahları var. Problemin həlli üçün tələbə universitetdən kənarlaşdırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində bütün bu məsələlər - onların imtahansız qəbulu, təhsil prosesinə kimlərin göstərişi ilə başladıqları və s. məqamlara aydınlıq gətiriləcək. Prosesin sonunda universitetdə özbaşınalığın olduğu təsdiqlənsə, nazirliyin göstərişi ilə tələbənin təhsilə davam etməsi tərəfimizdən təmin ediləcək. Diplom sənədi də təhsil ilinin yekununda ona təqdim olunacaq”.
Könül Cəfərli
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































