Elm və təhsil
BDU-nun müəllim və tələbələri müayinə edildi - FOTO
Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
BDU-nun mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb. Rektor MOM ilə əməkdaşlıq nəticəsində tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasının, oftalmologiya sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqinin, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə və elmi fəaliyyətə cəlb edilməsinin, birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, öz növbəsində, təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı danışıb, BDU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Sonrda BDU və MOM arasında anlaşma memorandumu imzalanıb.
Onu da qeyd edək ki, bu gün həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı Dövlət Universitetində humanitar aksiya keçirib. Səyyar Klinikada 200-dək tələbə və müəllim heyəti müayinə olunub. Aksiyanın keçirilməsində məqsəd tələbə və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək olub.
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan






























.jpg)



.jpg)

