Elm və təhsil
Sınaq imtahanında Dövlət İmtahan Mərkəzi nə qədər itirdi?
Bu ilin ilk - aprelin 1-də keçirilən sınaq imtahanına qeydiyyat saat 10:00-da başa çatıb. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayacaq. İmtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahanlar abituriyentlərin qəbul imtahanına hazırlaşmağına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrini real qiymətləndirməyinə kömək etmək məqsədilə keçirilir.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, sınaq imtahanlarının keçirilməsində bəzi məqamlar heç də bütün abituriyentlərin biliklərinin qiymətləndirilməsinə imkan vermir. Onun sözlərinə görə, sınaq imtahanlarına qeydiyyat xərcinin son iki ildə artımı və prosedurun qarışıq olması iştirakçıların sayına təsir edir:
“Bu il ilk sınaq imtahanı üçün 30 minə qədər yer ayırmışdı. Hər il 3 manata keçrilən sınaq imtahanları 2017-ci ildən 20 azn-ə keçirilir və sınaq imtahanlarında qeydiyyatdan keçmək proseduru olduqca qarışıq və çətindir. Məhz bu iki faktor qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin öz bilik və bacarıqlarını yoxlamaq üçün sınaq imtahanlarında iştirakına mənfi təsir edib. Hər il sınaq imtahanına çıxarılan yerlər, hətta 50 mindən çox olsa belə, bir neçə saat arzində dolurdu. Amma indi mart ayının 6-sı saat 10:00-dan başlayan və mart ayının 28-i saat 10:00-da başa çatan 1-ci sınaq imtahanına yazılışda 4351 yer boş qaldı, abituriyentlər qeydiyyatdan keçmədi. Nəzərə alsaq ki, qəbul imtahanlarında azı 80 min abituriyent iştirak edəcək, bununla bərabər 10-cu sinif şagirdləri də öz biliklərini yoxlamaq üçün sınaq imtahanına qatılırlar, deməli 30 min yer qısa müddətdə dolmalı idi. Amma indi 4351 yer boş qaldı. Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzi proqnozlaşdırdığı vəsaitdən 87.020 manat pul az qazanadı və ya bu qədər böyük vəsait itirdi. Bu təkcə bu qədər vəsaitin itkisi deyil. Məktəblərdə sınaq imtahanı keçriləcək otaqların hər birinə nəzarətçi təyin olunacaq. Amma indiki halda bir çox sinif otağında 4-5 abituriyent və 1-2 imtahan nəzarətçisi olacaq”.
Ekspert bildirir ki, məsələdən çıxış yolu imtahan qiymətlərinin aşağı salınması və qeydiyyat prosedurunun sadələşdirilməsi olacaq:
“Sınaq imtahanlarında abituriyentlərin az iştirak etməsi qəbul imtahanlarının da nəticələrinə mənfi təsir göstərəcək”.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Publika.az-a açıqlamasında bildirib ki, aprelin 1-də keçiriləcək sınaq imtahanında iştirak etmək üçün 23579 nəfər qeydiyyatdan keçib, ötən ilin müvafiq sınaq imtahanı ilə müqayisədə iştirakçıların sayında ciddi azalma qeydə alınmayıb:
“Ötən il isə ilk sınaq imtahanında 24584 abituriyent qeydiyyatdan keçmişdi. Nəticə etibarilə iştirakçı sayında min nəfər azalma var. Bu da çox böyük rəqəm deyil”.
Sınaq imtahanı üçün ayrılan yerlərin boş qalmasının səbəb olacağı itkilərə gəldikdə, X.Xanlarzadə bu məsələnin də tənzimləndiyini bildirdi:
“İki ildir sınaq imtahanlarında iştirakçı sayına məhdudiyyət aradan qaldırılıb. Nə qədər abituriyent qeydiyyatdan keçsə, onlar üçün imtahan təşkil etmək imkanımız var. Bundan başqa iki ildir imtahan keçiriləcək binalar Dövlət İmtahan Mərkəzinin rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilir. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdirilir. Buna səbəb imtahan xərclərinə qənaət etməkdir. Çünki imtahan binasında ayrılan yerlərin sayı tam dolmadıqda imtahan üçün nəzərdə tutulmuş xərcdən daha çox vəsait xərclənmiş olur. Bu qayda əsasən paytaxt və respublikanın orta məktəblərində keçiriləcək imtahanlara tətbiq edilir. Məsələn, Şamaxı rayonu üzrə əvvəlcə bir məktəbdə boş yerlərin sayı təqdim edilir, həmin məktəb dolduqdan sonra digər məktəb binasında boş yerlərin sayı sayta yerləşdirilir. Bakı şəhərində isə iştirakçıların sayının çox olmasını nəzərə alaraq bütün ali məktəblərdə yerlər əvvəldən sayta yerləşdirilir. Lakin paytaxt rayonları üzrə də məktəblərin adları növbəli şəkildə əlavə edilir”.
Gülxar
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var