Elm və təhsil
Türkiyə ali məktəblərinə attestatla qəbul dayandırılır?
Türkiyə universitetlərinə attestatla qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, bu xəbərləri şərh edən təhsil eksperti Kamran Əsədov bunun həqiqəti əks etdirmir. Çünki iki ölkə arasında qəbul qaydaları iş birliyi protokolunda göstərilib.
Onun sözlərinə görə, bu qərar Türkiyənin Yükseköğretim Kurumunun öz universitetlərinə tövsiyə xarakterli xəbərdarlığıdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınması tövsiyyə olunur.
Azərbaycanda attestat alan hər kəs onsuzda Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında iştirak edib attestat alır. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir. Deməli onların qəbul imtahan nəticəsi də var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. Deməli imtahanda iştirak, hətta 1 bal belə yetərlidir. Türkiyədə ali məktəbə qəbul olmaq, bakalavr təhsili almaq üçün SAT və ya universitetlərin öz YÖS imtahanına girmək lazımdır. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz. Bəzən universitetlərdən asılı olaraq bu imtahan GRE və ya GMAT imtahanı ilədə əvəz oluna bilər. Magistr üçün tezsiz proqramlara ALES imtahanına ehtiyac qalmır.Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə, onda sizin minimum 75 TOEFL nəticəniz də olmalıdır”.
Ekpsert onu da vurğulayıb ki, iki ölkə arasında imzalanmış sənəddə ali məktəblərə attestatla qəbula qadağa nəzərdə tutulmur:
“Əgər bu olsa Azərbaycan Respublikası Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır deməkdir”.
-
Səhiyyə07:30Qaraciyərin sadiq “dostu” - Ölüm ehtimalını azaldır
-
Magazin206:16Daha bir serial eşqi gerçək oldu
-
İKT04:14Teleqramdan möhtəşəm yeniliklər
-
Sosial01:41Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
-
Qoroskop00:30Günün ULDUZ FALI - Əla fürsət yaxalaya bilərsiniz
-
Region14 İyul 23:12Güclü zəlzələ Kahramanmaraşı yenə silkələdi
-
Magazin114 İyul 23:00"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
İdman14 İyul 22:00DÇ-2026: Fransa və İspaniya millilərinin heyətləri açıqlandı




































