Elm və təhsil
Təqaüdlərin artırılması tələbələrə qayğının əyani təzahürüdür - REKTOR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamları çox böyük sevinc və minnətdarlıqla qarşılanıb.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan rektor bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar tələbə və doktorantlara göstərilən xüsusi diqqət və qayğının əyani təzahürüdür. Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.
Prezidentin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edən professor Mustafa Babanlı sərəncamların tələbələri daha səylə, həvəslə oxumağa, bilik və bacarıqlarını artırmağa ruhlandıracağını, təhsilə töhfə verəcəyini deyib.
Universitetdə həyata keçirilən layihələrdən, qazanılan nailiyyətlərdən bəhs edən rektor təhsilimizin uğurlarının artacağına, beynəlxalq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)