Elm və təhsil
Bakı daha bir nüfuzlu tədbirə ev sahibliyi edir
ADA Universitetində ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, IOI dünya üzrə keçirilən 5 əsas fənn olimpiadalarından biridir: “Olimpiadanın keçirilməsinin təşəbbüskarı UNESCO-dur. İlk dəfə 1989-cu ildə Bolqarıstanda keçirilib. Beləliklə, biz bu il IOI-un 30 illiyini qeyd edirik. Olimpiada 2018-ci ildə Yaponiyada, 2017-ci ildə İranda, daha əvvəlki illərdə Rusiyada, Qazaxıstanda keçirilib. Azərbaycan 1994-cü ildən olimpiadada iştirak edir. İndiyədək 55 məktəbli iştirak edib. Ötən il Yaponiyada olimpiadanın bayrağı rəsmən Azərbaycana təhvil verilib”. F.İsmayılzadə bildirib ki, olimpiadanın keçirilməsi üçün baş nazir Novruz Məmmədov tərəfindən Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri təhsil naziri Ceyhun Bayramov, həmsədri rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramiz Quluzadə, fəxri həmsədri xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevdir. Fevral ayından etibarən yarışın keçirilməsi üçün intensiv işlərə başlanılıb. 335 iştirakçı üçün individual masalar hazırlanıb. Artıq medallar da hazırdır. Bu gün rəsmi açılışdır. Sabah olimpiadanın birinci günüdür. Ümumilikdə, olimpiadada 800-ə yaxın şəxs iştirak edəcək. Ümid edirik ki, azərbaycanlı iştirakçılar da qalib olacaqlar”. Mətbuat konfransda çıxış edən təhsil naziri, “IOI 2019”un keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov avqustun 4-dən start götürən və ayın 11-dək davam edəcək informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin keçiriıməsi sahəsində geniş təcrübəyə malikdir: “Diqqətinizə çatdırım ki, 47-ci beynəlxalq kimya olimpiadası da 2017-ci ildə Azərbaycanda keçirilməşdi. Beynəlxlaq İnformatika Olimpiadası ADA Universitetinin təşkilatçılığı, təhsil və rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirliyinin dəstəyi ilə keçirilir. Əgər 1989-cu ildə keçirilən ilk olimpiadada 13 ölkə iştirak etmişdisə, budəfəki olimpiadada 37 ölkə iştirak edir, 1 ölkə isə müşahidəçi qismində qatılıb. Bu, çox böyük bir elm yarışmasıdır”. Nazir qeyd edib ki, Azərbaycan bu cür tədbirlərə böyük önəm verir: “Beynəlxalq olimpiadalarda nəticələrimiz ilbəil yaxşılaşır. Ölkə üzrə keçirilən olimpiadada 30 min iştirakçı iştirak edib. Ötən il qanunvericiliyə edilmiş dəyişiklik bu hərəkatın daha kütləviləşməsinə səbəb olub. Olimpiadada 4 məktəblimiz iştirak edir. Onlar xüsusi olaraq təlimə cəlb edilib. Komandanın yüksək səviyyədə hazırlaşması üçün onlar Polşada və İtaliyada təlim-məşq keçdilər. Xaricdən olan mütəxəssislər bu işə cəlb olunub. Çox ümid edirik ki, bizim şagirdlərimiz doğma ölkəmizdə də sevindirəcəklər”.
Ceyhun Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını diqqətə çatdırıb. Ceyhun Bayramov bildirib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi Qobustan Milli-Tarix Qoruğuna, “Yanardağ”a, “Atəşgah” məbədinə, Nobel qardaşlarının ev-muzeyinə və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.
ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib. O qeyd edib ki, ADA Univerisitetinin bu tədbirlərdən çox bəhrələnmmək niyəti var: “2013-cü ildə universitetimizdə informatika texnologiyaları üzrə fakültə yaradılıb. Onun məzunları hazırda “Microsoft”, “Google” kimi şirkətlərdə çalışırlar. Mənim üçün çox vacibdir ki, Azərbaycan üçün belə mütəxəssislər yetişdirək. Çox ümid verən məktəblilərdir. Mən onların gözlərində işıq görürəm. İstəyim odur ki, bura məkəblərdən gələn şagirdlər daha hazırlıqlı gəlsinlər. Bu olimpiadanəın böyük təsiri olacaq. Şagirdlər, tələbələr bu olimpiadanı izləyəcəklər. ADA Universiteti bu sahəni genişləndirmək və işkişaf etdirmək niyyətindədir. İstərdik ki, bu sahəyə öz töhfəmizi verək”. Səxavət
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?