Elm və təhsil
Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəldi
Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.
Onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib.
Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.
Daha sonra Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.
Ziyarətdən sonra onlar C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edəcəklər.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər.

Xatırladaq ki, onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilən elmi-mədəni tədbirlərə qatılacaqlar. C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər. Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.
Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb. (report)
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT








.jpg)





























