Elm və təhsil
Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəticəsinə xalça hədiyyə etdi - - FOTO
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.
Akademiyadan Publika.az-a verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.
AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında müxtəlif sferalarda əlaqələrin olduğunu deyib. Həmçinin qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər.
Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılıb.
Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.
Daha sonra çıxış edən Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb. O, ölkəmizə ilk dəfə səfər etdiyini və böyük maraqla qarşılandığını deyərək, ulu babasının Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməsinin son dərəcə təsirli və həyəcanlı, eyni zamanda, qürurverici hadisə olduğunu vurğulayıb. Bundan əlavə, o, Polşaya qayıdan zaman Azərbaycan və burada öyrəndikləri haqqında xoş təəssüratlarını ailəsinə, yaxın qohumlarına və geniş ictimaiyyətə çatdıracaqlarını bildirib.
Martin Cavanşiri onları AMEA-da qəbul etdiyinə görə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib.
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər








.jpg)




























