Elm və təhsil
DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərə müraciət edib.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, bu ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.
Bəzi abituriyentlər və orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edən müəllimlər tərəfindən bu iki fənn üzrə proqramdan çıxarılan mövzuların mart-iyun aylarında tədris edilən mövzuları tam əhatə etmədiyinə dair DİM-ə müraciətlər daxil olub.
Dövlət İmtahan Mərkəzi bu müraciətlərlə əlaqədar olaraq bildirir ki, hazırda qüvvədə olan təhsil proqramına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə XI sinifdə IX sinifdə tədris olunmuş mövzuların genişləndirilərək mənimsənilməsi nəzərdə tutulur. Buna görə də cari ildə keçiriləcək qəbul imtahanlarında Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə mart ayından etibarən keçirilməli olan mövzulara aid test tapşırıqları həmin mövzular üzrə IX sinif dərsliklərində yer almış biliklərə əsaslanacaq.
Digər bütün mövzular üzrə test tapşırıqlarında isə VI-XI sinif dərsliklərinə istinad ediləcək. Mart ayından etibarən XI sinifdə tədris olunmayan bəzi mövzuların adlarının qəbul proqramından çıxarılan mövzular arasında göstərilməməsi bununla bağlıdır.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO









.jpg)








.jpg)
















.jpg)

