Elm və təhsil
Emin Əmrullayev yeniliyə meyilli və islahatlara açıqdır - Ekspert
“Emin Əmrullayevin Təhsil naziri təyin olunması uğurlu seçimdir. O, olduqca sadə insandır və hər zaman vətəndaşların yanında olub. İnsanlarla ünsiyyətə, yeniliyə meyilli və islahatlara açıq şəxsdir”.
Bunu Publika.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, E.Əmrullayev bu günə qədər gördüyü işlərdə, idarəetmə sahəsində daim nailiyyətlər əldə edib:
“Ölkə başçısı da bütün bu keyfiyyətləri, xaricdə aldığı mükəmməl təhsili nəzərə alaraq onu vəzifəyə təyin etdi. Düşünürəm ki, onun sayəsində təhsil sahəsində mütərəqqi addımlar atılacaq. Hazırda uğurlarımızla yanaşı çatışmayan cəhətlər də var və Prezident İlham Əliyev də bunu yeni naziri qəbul edərkən bildirdi. Bütün bu məsələlər əvvəlki nazirin dövründə də diqqətdə saxlanılırdı. Məktəblər təmirsizdirsə, təmir olunmalıdır, məktəb olmayan ərazilərdə modul tipli məktəblər inşa olunmalıdır. Xaricdə təhsil proqramı ilə bağlı sıxıntılarımız var. Ölkə başçısı bu proqramın uğurlu nəticələrini qeyd etdi.
Bundan əlavə, ali məktəblərimizdə tədris olunan müəyyən ixtisaslar var ki, artıq onlara əmək bazarında tələbat yoxdur. Həmin ixtisaslar çıxarılmalı, yeni ixtisaslar gətirilməlidir. Rus və ingilis bölmələri üzərində işlər aparılmalı, ingilis bölməsinə daha çox üstünlük verilməlidir. Bu sahədə islahatların aparılması vacibdir. Bundan əlavə, müəllimlərin işə qəbulu ilə bağlı vahid proqramın hazırlanması istiqamətində də işlər görüləcək. Düşünürəm ki, Emin Əmrullayev bütün bu sadalanan işləri görəcək və uğurlu islahatlar aparacaq. Burada nazir tək olmamalı, savadlı kadrlar bu işə cəlb olunmalıdır. Qarşıdakı illərdə biz bunun uğurlu nəticələrini görəcəyik”.
Akqabay Mıradov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)