Ekspert təhsil haqqından danışdı: "Qiymət artımı var"
Bizi izləyin

Elm və təhsil

Ekspert təhsil haqqından danışdı: "Qiymət artımı var"

“Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin ötən il və bu illə müqayisəsini apardım. Bəzi kolleclərdə təhsilhaqqı müəyyən qədər artırılıb. Bəzilərində 200, bəzilərində isə 300-350 manat artım var. Bu da indiki vəziyyət üçün uyğun bir addım deyil”.

Bu sözləri Publika.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, kolleclərdə verilən təhsillə alınan məbləğ ziddiyyət təşkil edir: “Nəzərə alsaq ki, kolleclərin verdiyi təhsil ora verilən ödənişləri elə də üstələmir. Bu günə qədər 500-600 manat illik təhsil haqqı tələb olunurdu. Pandemiya vaxtı və dərslərin hələ ənənəvi qaydada başlanıb başlanmayacağı sual altında olan vəziyyətdə belə hal düzgün deyil. Distant formada olan dərslər üçün təhsil haqqının bu qədər artırılması vətəndaşın ziyanınadır. Kolleclərdə təhsilin keyfiyyəti, bununla bərabər, distant formada aparılan təhsilin keyfiyyəti heç də ürəkaçandeyil”.

Ekspert orta ixtisas təhsili müəssisələrində illik ödənişlərin artırılmasını doğru hesab etmir və qeyd edib ki, işsiz, psixoloji gərgin olan əhalini maddi cəhətdən yükləmək düzgün deyil: “Kolleclərdə elə ixtisaslar var ki, onlar əmək bazarında ölü ixtisaslar sayılır və onlara tələbət yoxdur. Subbakalavr diplomu bəzi iş yerlərində, dövlət və özəl müəssilərinin müəyyən qismində demək olar ki, tanınmır. Ancaq ali təhsil müəssisələrinin diplomunu qəbul edirlər. Belə olan halda kolleclərin təhsil haqqının artırması heç bir məntiqə uyğun deyil”.

Ekspert illik ödənişləri artıran bəzi dövlət kolleclərinin adlarını qeyd edib:

“Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-iqtisad Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il 900 manat olub. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 500 manat olduğu halda bu il olub 600 manatdır. Bakı Qida Sənaye Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600 manat olduğu halda bu il olub 800 manat olub. Azərbaycan Texinki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manata qədər artırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manat qərarlaşdırılıb.

E.Əfəndi özəl kolleclərin də təhsil haqqını artırdığını vurğulayıb. O qeyd edib ki, Bakı Biznes və Kooperasiya Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 950 manat olduğu halda bu il 150 manat artıralaraq 1100 manat qərarlaşdırılıb: “Bundan əlavə, Qərbi Kaspi Universitinin nəzdində olan Kollecin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600-700 manat olduğu halda bu il 890-1190 manat olub.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm