Elm və təhsil
“Başqa çıxış yolumuz yoxdur” - Yeni qərar şagirdlərin yüklənməsinə səbəb olacaq?
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu məktəblərdə bir akademik saatın 45 dəqiqə olacağını, virtual dərslərin müddətinin isə 30 dəqiqədən çox olmayacağını açıqlayıb. O qeyd edib ki, şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək.
Bəs, bir neçə mövzunun eyni dərs müddətində keçirilməsi tədrisin keyfiyyətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə, bütün bunlar Təhsil Nazirliyinin xeyli müddətdən bəri araşdırma apararaq verdiyi qərardır və bu, hazırkı dövr üçün düzgün addımdır: “Yeni dərs ilinin başlaması ilə bağlı verilən qərar xeyli məsuliyyətlidir. Baxmayaraq ki, biz hələ ki, qarışıq modelə üstünlük veririk və burada narahatlıq yaradan məqamlar ondan ibarətdir ki, növbəti dövrdə məktəbləri bağlamaq məcburiyyətində qalmayacağıq. Çünki bəzi ölkələrdə məktəblər açıldı və qısa müddətdən sonra yenidən bağlandı. Bəzilərində isə artıq bu formada təhsil davam etdirilir. Vətəndaşlar da məsuliyyəti dərk edərək bütövlükdə bu hadisələrlə bağlı adekvat münasibət ortaya qoyurlar”.

İ.Orucov qeyd edib ki, dərslərin həftədə 2 dəfə keçirilməsində yüklənmə olacaq, amma bundan başqa çıxış yolu da yoxdur: “Çünki həftədə 2 və ya 3 gün dərs keçməklə mövcud məzmunu təhsil alanlara çatdırmaq xeyli çətin prosesdir. Nəzərə alsaq ki, 45 dəqiqə ərzindəki dərs 2 saat nəzərdə tutulurdu. Əlbəttə ki, burada proqramın məzmununda bir neçə dərsin birləşməsi zərurəti yaranır. Bu, müəllimlər üçün də asan deyil və şagirdlər üçün məzmunu ənənəvi formada izah etməklə iş bitmir. Növbəti günlərdə isə bu məzmun həmin şagirdlərə onlayn qaydada təqdim olunacaq. Təkcə məktəbdə həftədə 2-3 dəfə dərs keçməklə iş yekunlaşmır. Ona görə də düşünürəm ki, ənənəvi formada şagirdlərə proqramın məzmununu izah edəndən sonra növbəti günlərdə məsafədən tədrislə həmin bilikləri möhkəmləndirmək mümkündür”.
Ekspert bildirib ki, bu təcrübə Azərbaycan modeli kimi sayıla bilməz. Onun sözlərinə görə, Təhsil Nazirliyi bununla bağlı araşdırmalar apararkən və bu araşdırmanın nəticələrini Operativ Qərargaha təqdim edərkən təkcə Azərbaycan reallığından çıxış etməyib: “Burada xarici ölkələrin təcrübəsi də nəzərə alındı. Avqustun əvvəlində təhsil naziri İctimai Şuranın qarşısında təqdimatla çıxış etdi. Bu təqdimatda müxtəlif ölkələrin təcrübəsi əks olunmuşdu. Eyni zamanda Azərbaycandakı real durum təhlil olunmuşdu. Əsas məsələ odur ki, mövzuya elmi yanaşma oldu. Hələ qarşıdakı aylarda bizi nə gözləyir, necə və hansı qərarlar olacaq, tədrisin başlaması ilə bağlı qəbul olunan qərar bu formada davam edəcəkmi, yaxud dəyişiklik olacaq? Bütün bunlar hələ bilinmir. Amma hazırda doğru yanaşma ortaya qoyulub”.
Akqabay Mıradov
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız










.jpg)





























