Elm və təhsil
Tələbə təqaüdləri ilə bağlı QAYDALAR DƏYİŞDİRİLDİ
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin 130 №-li Qərarına dair izahda bildirilir ki, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununa əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmamışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunmuşdur. Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olmuşdur. Halbuki, əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.
Göstərilənlər nəzərə alınmaqla, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunmuşdur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






