Elm və təhsil
BDU-da əcnəbi tələbələrlə bağlı görüş
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə Bakı Dövlət Universitetinin (BDU) müvafiq struktur nümayəndələri arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov təhsilin beynəlmiləlləşməsi, BDU-da təhsil alan əcnəbilərin təhsilinin təşkili məsələləri, əcnəbi tələbələrin sayının artırılması istiqamətində görülən işlərdən danışıb.
BDU-nun Tədrisin təşkili və idarə olunması mərkəzinin direktoru Elçin Məmmədov əcnəbi tələbələrin universitetə qəbulunun mərkəzləşdirilmiş sistem üzərindən aparılması ilə bağlı məlumat verib.
Görüşdə, həmçinin Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərvin Məşədi-zadə, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov və başqaları çıxış ediblər. Çıxışlarda əcnəbi tələbələrin təhsil alması, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və qazandıqları uğurlar, BDU-nun beynəlxalq rəqabətliliyinin artırılmasında, ölkədaxili və xarici reytinqinin yüksəlməsində əcnəbi tələbələrin rolu, Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəriciləri geniş müzakirə olunub.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)







.webp)






















