Elm və təhsil
Şagirdi FİZİKİ və PSİXOLOJİ YÜKDƏN necə qurtaraq? - ŞƏRH
“Məktəblərdə dərs yükünün çoxluğu şagirdin məktəbə qarşı motivasiyasına və dərsə hazırlığına mənfi təsir edir. Eyni zamanda, onun fənni mənimsəməsinə, akademik səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
Bu barədə Publika.az-a danışan uşaq psixoloqu Gülnar Həmidova hesab edir ki, əgər şagird məktəbə hazırlıqlı gələrsə, dərs yükünü hiss etməyəcək.
Onun sözlərinə görə, məktəblərin bir problemi də dərs cədvəllərinin hazırlanması ilə bağlıdır:
“Əgər cədvəl düzgün tərtib olunarsa, şagird yükü o qədər hiss etməyəcək. Ancaq bu gün cədvəl düzgün hazırlanmır və bir fənn ardıcıl iki dəfə salınır. Hər fənnin arasına idman, musiqi və rəsm dərsləri salınmadığı üçün şagird həm zehni, həm psixoloji cəhətdən tez yorulur, həm də məktəbdən sıxılmağa başlayır. Halbuki, bu dərslər onlar üçün maraqlı və rahat olmalıdır. Yalnız yuxarı siniflərdə standart tədris sistemi tətbiq olunur. Bu siniflərdə də cədvəl düzgün hazırlanarsa, şagirdlər əziyyət çəkməzlər”.

Ekspert son illər fərqli dərslik proqramlarından da istifadə olunduğunu bildirdi:
“Bir müddət əvvəl bu proqramların çox ağır və çətin olması ilə bağlı fikirlər səsləndirildi. Əslində isə belə deyil və dərslikdə hafizənin, təfəkkürün və diqqətin inkişafı üçün vacib materiallar, eləcə də dərslərin şagirdlərə oyun şəklində keçilməsi ilə bağlı yaxşı mövzular var. İlk vaxtlar müəllimlər buna hazır deyildilər, amma sonrakı dövrlərdə təlimlər keçirildiyi üçün proqramı tam mənimsədilər. Hərflər uşaqlara oyun vasitəsilə öyrədilir və dərs uşağın yaddaşına daha tez həkk olunur. Bu dərsliklər pilot layihə kimi 2-3 il əvvəldən hazırlanır. Yeni tədris ilində isə dördüncü siniflər üçün çap olunacaq”.
Qeyd edək ki, artıq bir neçə ildir bütün məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Amma cəmiyyətdə səslənən fikirlər və edilən şikayətlər göstərir ki, onların bir çoxu şagirdlərlə işləmirlər. Əgər düzgün işləsələr, şagirdlərin fənni qavramasında, psixoloji cəhətdən dərsə hazırlığında heç bir problem olmaz.
Bu fikirlərə münasibətini açıqlayan müsahibimiz, məktəblərdə psixoloq ştatının əsasən 2021-ci ildə məktəblərdə psixoloq ştatlarının sayı artdı:
“Ondan əvvəl hər məktəbdə bir psixoloq vardı. Aprel ayından isə artıq 2-3 psixoloq ştatı açıldı. Psixoloqlar dövlət imtahanı xətti işə qəbul olundular və məktəblərə göndərildilər. Artıq hər məktəbdə iki psixoloq fəaliyyət göstərir. Onların düzgün işləyib-işləməməsi isə vicdanları və peşəkarlıqları ilə bağlı bir məsələdir. Əgər psixoloq öz vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşarsa, məktəbdə heç bir problem yaşanmaz. Əgər psixoloq məktəbdə cədvəlin hazırlanmasına cəlb olunarsa, həm şagirdlər yorulmayacaq, həm də düzgün istiqamətləndirəcəklər”.
Rövşən Ziya
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)

























