Elm və təhsil
Bu il dövlət sifarişi ilə təhsil alan SUBBAKALAVRLAR niyə azdır? - Ekspert ŞƏRHİ
Bu il qəbul imtahanları zamanı ödənişsiz əsaslarla ali məktəblərə qəbul olunan subbakalavriatların sayında ciddi azalma müşahidə olundu. Hazırda onların sayı təxminən 220 nəfərdən bir qədər çoxdur. Amma ödənişli əsaslarla qəbul olunanların sayı 4000 nəfərdən yuxarıdır. Aradakı bu kəskin fərqin yaranmasının səbəbi nədir? Subbakalavrlar əsasən hansı ixtisas qrupları üzrə yaxşı nəticə göstərdilər? Onların müvafiq ixtisaslara yerləşdirilməsi hansı qaydada həyata keçirilir?
Bu barədə Publika,az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, əvvəlcə abituriyentlərin, sonra isə subbakalavrların ali məktəblərə yerləşdirilməsi həyata keçirilir:
"Əgər bir abituriyent müvafiq olaraq qəbul imtahanında 200 baldan yuxarı, blok imtahanında isə 100 baldan çox toplayıbsa və keçid balı 250-dən çoxdursa, dövlət sifarişli ixtisasların müsabiqəsində iştirak edə bilər. Tutaq ki, müvafiq bir istiqamət üzrə 25 plan yeri açıqlanır və ora müraciət edənlərin sayı 19 nəfərdir. Buna görə də əvvəlcə abituriyentlər, boş qalan 6 yerə isə subbakalavrlar yerləşdirilir".
Onun sözlərinə görə, l ixtisas qrupunda dövlət sifarişli ixtisaslar üzrə subbakalavrların qəbulu həyata keçirilməyib:
"Bu da müvafiq plan yerindən çox abituriyentin müsabiqədə iştirak etməsi ilə bağlıdır. Çünki, bu qrupda təxminən 16500 plan yeri vardı, amma müsabiqədə iştirak ednlərin sayı 19 mindən çox oldu. Buna görə də ilk olaraq onların dövlət sifarişli ixtisaslara yerləşdirilməsinə başlanılıb. Subbakalavr isə yalnız ödənişli ixtisaslara yerləşdirilir. ll qrupda isə yalnız "Turizm" ixtisası üzrə dovlət sifarişi əsasında subbakalavrların yerləşdirilməsi mümkündür. Digər ixtisaslarda isə elə də ideal imkan yoxdur. lll qrupda da eyni vəziyyətdir. Çünki, ödənişsiz ixtisaslar üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayı çox oldu. lV və V qruplarda isə subbakalavrların kiçik bir hissəsi təsadüfən bəzi ixtisaslara qəbul ola bildilər".
Rövşən Ziya
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO









.jpg)















.webp)








.jpg)

.jpg)