"Plan yerinin 95 faiz dolması UĞUR sayılır?" - Ekspert ŞƏRHİ
Bizi izləyin

Elm və təhsil

"Plan yerinin 95 faiz dolması UĞUR sayılır?" - Ekspert ŞƏRHİ

“Qəbul imtahanlarının nəticələri açıqlanandan sonra ali təhsil müəssisələri plan yerlərinin nə qədər dolmasını, yüksək ballı abituriyentlərin onları seçməsini böyük uğur kimi təqdim edirlər. Bu, təhsilə nə qədər bəsit, primitiv yanaşmağımızı göstərir”.

Publika.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.

O vurğulayıb ki, Elm və Təhsil Nazirliyi sertifikasiyada uzun müddət ixtisasını öyrədən müəllimin 50-dən çox bal toplamasını yeni qitə kəşf etmiş kimi böyük uğur kimi təqdim edir.

“Cənablar, bizdə universitetlər, ixtisaslar yüksək təhsil verir deyə abituriyentlər tərəfindən seçilmir. Yüksək bal toplayan abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi abituriyent jurnalına baxırlar və öz ballarına uyğun ixtisas görən kimi onu seçirlər. O plan yerləri 90 faizdən çox dolduğu üçün qurban kəsən, nəzir verən universitetlər məzunlarını işlə təmin edə biləcək bilik verirmi? O məzunların neçə faizi işlə təmin olunur? Universitet tələbənin təhsil aldığı müddətdə onun bir problemini həll edirmi?

Bir faktı deyim, tutalım bir ixtisas üzrə bu il keçid balı 680 olub, informasiya təhlükəsizliyi ixtisasında. Ekologiyada 150 bal. Gələn il yüksək bal toplayanlar bala görə ixtisas seçəcəklər. Növbəti il nəticələr zəif olsa, keçid balı aşağı düşəcək və abituriyentlər o ixtisasları seçmək istəməyəcək.

Sizin fəxr etdiyiniz 90+ faiz plan yerinin dolması abituriyentin elektron ərizədə 15 yeri seçməyinə görədir. Təki kəsilməyim deyə bütün yerləri yazıb. Misal üçün, niyə 203 bal toplayan xanım abituriyent Qərbi Kaspi Universitetinin Meşəçilik, Kooperasiya Universiterinin Şərabçılıq ixtisasını seçsin ki? Çünki o abituriyent 100 bal limitini keçməyib, kəsilməmək üçün seçir oranı.

Bir də, I ixtisas qrupunda müəllimlik ixtisasının nüfuzu qalxmayıb, bu süni bir artımdır. Yüksək bal toplayanlar digər ixtisasları seçdiyi üçün onların da əlində bu ixtisaslar qalıb” – K.Əsədov bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm